İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi ekspert İrandakı aviaqəzadan danışdı: “Bu, sensasiya deyil, çünki...” VİDEO

1603 20.05.2024 11:41 Dünya A A

“Bu helikopter qəzası faciədir. Azərbaycan da axtarış işlərində iştirak etmək üçün öz köməyini təklif edib. Bir fakt var ki, İran ərazisində baş verən qəzanın axtarış tədbirlərində son nöqtəni qoyan Türkiyənin “Akıncı” pilotsuz uçuş aparatı (PUA) oldu. Bunu xüsusilə qeyd etmək lazımdır. Çünki bu, Azərbaycanın da istifadə etdiyi PUA-nın növbəti uğurlu əməliyyatıdır”.

Musavat.com xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev “TV Musavat”ın efirində bildirib. Ekspert qeyd edib ki, İran öz imkanları ilə axtarışlarda heç bir nəticə əldə edə bilmədi: “Burada təbii ki, daha çox hava şəraitinin qəzaya səbəb olduğunu irəli sürə bilərik, amma işin texniki tərəfi də var. Son illərdə, daha dəqiq desək, son 20 ildə təhlil aparsaq görərik ki, İranda baş verən qəzalarda həlak olan insanların sayı orta dünya üzrə səviyyədən 5 dəfə yüksəkdir. Digər tərəfdən İranda hər il yüzə yaxın insan aviasiya qəzalarında həlak olur. İranın aviasiya parkı orta statistik göstəricilərdən daha yaşlıdır. İrana sanksiyalar tətbiq olunduğuna görə yeni texnikalar ala bilmir. Hər üç vasitədən yalnız biri havaya qalxa bilib. Havaya qalxanın da yenə də böyük riskləri var, çünki köhnə texnikanı sadəcə  aviasiya “hannibalizmi” adlanan rejimdən keçirirlər. İzləyicilərə daha aydın olması üçün izah verim. Əldə 5 texnika var, onun 2-si nasazdır, geri qalan 3-ü havaya qaldırmaq üçün  istifadə olunur. Bu, əsaslı təmir demək deyil. Bu, sadə dildə desək, “ölüxana” variantıdır. Bu da risklərə gətirib çıxarır”.

Ekspert pilotun peşəkarlığı ilə bağlı səslənən fikirlərə də münasibət bildirib: “Mən pilotun təcrübəli olduğundan arxayınam. Ən azı dövlət rəhbərinin uçduğu helikopterə zəif pilotun təyin edilməsi mümkün deyil. Amma texnikanın köhnə olması, aviaqəzaların çox olması göz önündədir. Yəni dünyada aviaqəzalardan ən çox əziyyət çəkən ölkə kimi İranda belə bir hadisənin olması sensasiya deyil”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR