İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hərbçimizə atəşi onlar açıb” – Polkovnik ŞOK DETALLARI açıqladı VİDEO

2325 12.02.2024 18:34 Son xəbər A A

Xəbər verdiyimiz kimi, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.

Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin açılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb.

uzeyir.jpg (309 KB)

Erməni təxribatına münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistanın təxribatları çoxdandır səngimişdi:

“Amma görünən odur ki, Ermənistana son günlər müəyyən dəstək verilir və Ermənistanı bəzi məsələlərdə ruhlandırırlar. Təəssüflər olsun ki, mətbuat bunu açıq şəkildə yazmasa da, görünən odur ki, Ermənistana guya üzdə düşmən münasibət bəsləyən, əslində isə onu hər zaman dəstəkləyən qüvvələr Ermənistanı ruhlandırırlar. Onların bu gün DSX-nin əsgərini atəşə tutması, əsgərimiz Xəlilzadə Pərviz Ağakişi oğlunun odlu silahdan açılan atəş nəticəsində yaralanması əlbəttə, həmin dəstəyin bir nümunəsidir. Düşünürəm ki, bu, daha çox təxribata oxşayır. Çünki onsuz da Ermənistan tərəfi bilir ki, Azərbaycan bu cür addımları heç vaxt cavabsız saxlamır. Onlar bu təxribatı günorta radələrində şərti dövlət sərhədində həyata keçiriblər. Ümid edirəm ki, Dövlət Sərhəd Xidmətinin peşəkar zabitləri bu məsələni araşdıracaqlar. Konkret olaraq bunun hansı məqsədlə edildiyini yəqin ki, ictimaiyyətə açıqlayarlar. Düşünürəm ki, bu, yalnız və yalnız tərəflər arasında münasibətlərin gərginləşməsi məqsədilə həyata keçirilib. Allah əsgərimizə şəfa versin! İnanıram ki, tez bir zamanda əsgərimiz sağlığına qovuşacaq”.

“Təxribat davamlı hal ala bilərmi?” sualına isə hərbi ekspert belə cavab verib:

“Hər şey qarşı tərəfdən asılı olacaq. Odlu silahdan açılan atəş nəticəsində əsgərimizi yaralayıblar. Ermənilər gözəl bilirlər ki, DSX çox rahat şəkildə onların bizim əsgərlərə qarşı edə biləcəklərini legitim hədəf kimi zərərsizləşdirə bilər. Ata biləcəkləri addım və yaxud edə biləcəkləri təxribatı önləmək üçün hər hansı bir qərar verə bilərlər. Biz heç vaxt qarşı tərəflə zor gücündə danışmamışıq. Qarşı tərəflə hər hansı bir gərginliyin olmasında maraqlı olmamışıq. Baş verən hadisə hər birimizi üzür ki, niyə onlar bu yola əl atdılar. Siz yaxın bir neçə günün məlumatlarına baxın, özünüz də görəcəksiniz ki, Ermənistana, separatçılara dəstək verən qüvvələr kimdir və o qüvvələrin bu təxribatı həyata keçirməsini böyük ehtimalla təxmin edirəm”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR