İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hər şeydən bezmişəm, ölmək istəyirəm"

2554 20.07.2024 16:48 Ölkə A A

"Qadınla kişi bərabər hüquqludur. Qadının çəkdiyi əziyyəti qadın çəkmir. Tək fərq qadın ağlaya bilir, kişi yox. Bir şey olanda da qadınlar deyir, biz zəyifik. Onda yerini bil. Yeri gələndə tələb edirsən, məhkəmə ilə hədələyirsən. Hər şey o vaxt tənzimlənir ki, qadınla kişi bir birinə hörmət edir və namus. Kişi qadını bir səbəbdən boşaya bilər: xəyanət üstündə. Qədimdə öldürürdülər, indi mənası yoxdur. Öldürdün gedəcəksən həbsxanaya, ya da sağ qalıb qadın öz kefini edəcək. Tutdun, denən, yaxşı yol".

Bu sözləri Əməkdar artist Qorxmaz Əlili "Mən" yutub layihəsində danışıb. Aktyor qadın-kişi problemindən danışıb.

Q.Əlili yeni ideyasını ilk dəfə bölüşüb:

"Dua edirəm ki, Allah mənə atam qədər ömür versin. 95 yaşında vəfat edib. O qədər görüləcək işlərim var. Ölmək bu dəqiqə istəyərəm, o qədər hər şeydən, hamıdan bezmişəm ki... Məni yaşadan sənətdir. 12 il əvvəl Allah mənə istedad verib, musiqi alətləri düzəltmişəm. İndi musiqiçi axtarıram, bir baxan yoxdur. 10- yaxın alətdir. Allaha deyirəm ki, bunu verdin, indi imkan yetir başa çıxartdım. Yaşlıyam, şəkərim var, paraliç keçirtmişəm. Gözləyirlər mən öləndən sonra öz adlarına yazsınlar. Bir buna görə ölmək istəmirəm. İstəyirəm ki, məni də öləndən sonra 3 gün saxlasınlar. Əgər ocağımda hörmətim varsa, saxlasınlar". (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR