İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hər gün bir az pisləşir, müalicələrin gücünə saxlayırıq” - Aşıq Əhlimanın xanımı DANIŞDI

1059 15.01.2026 17:07 Mədəniyyət A A

“Yoldaşımın vəziyyəti hər gün bir az pisləşir. Həkimlər deyir ki, xəstəliyin xarakteri belədir. Buna baxmayaraq, onun müalicələrini davam etdiririk”.

Bunu Musavat.com-a açıqlamasında Əməkdar Mədəniyyət işçisi, fəlsəfə doktoru, dosent Aşıq Əhliman Rəhimovun həyat yoldaşı Aybəniz Salmanova deyib.

O bildirib ki, aşıq 2011-ci ildə insult keçirəndən sonra səhhətində ciddi geriləmələr başlayıb: “O vaxt həkimlər müayinə edəndə dedilər ki, mikro insult keçirib. Onlar bildirdilər ki, illər keçdikcə xəstəliyi irəliləyəcək və çətinliklər başlayacaq. Ondan sonra 10 il ciddi dəyişiklik hiss etmədik. Ayaqda idi və sənətini davam etdirirdi. Pandemiyadan sonra sürətlə zəiflədi və xəstəliyi gücləndi. Səhhəti hər dəfə bir az geri getdi.


Huşu üstündədir, xarici görkəmində ciddi bir dəyişiklik yoxdur. Danışmaqda çətinlik çəkir. Kimsə onun hal-əhvalı ilə maraqlananda cavab verir, amma nitqi tam deyil. Xəstəliyi illər keçdikcə onun nitqinə təsir etdi. Əvvəllər yaddaşına da çox pis təsir etmişdi, amma indi xeyli yaxşılaşıb. Tez-tez gördüyü adamları xatırlayır. Gec-gec gördüyü adamların kim olması ilə bağlı isə məndən soruşur.

Həkimləri həmişə deyir ki, xəstəliyi sağalan deyil, hər gün bir az irəliləyəcək. Biz həyat yoldaşımı müalicələrin gücünə saxlamışıq”.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR