İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər bir şəhid ailəsinə, qazimizə nazirliyin qapıları açıqdır - Anar Əliyev 

700 15.07.2022 14:47 Sosial A A

Şəhid ailə üzvləri, müharibə əlilləri, müharibə iştirakçılarının sosial müdafiəsi, təminatı ilə bağlı məsələlərin həlli ölkəmiz üçün prioritet istiqamət təşkil edir.

Bunu Trend BİA-nın "Sahil Kərimli ilə Aktual" müəllif videolayihəsinə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Nazir müavininin sözlərinə görə, Azərbaycan Respublikası sosial dövlət konsepsiyası üzərində qurulub və bu konsepsiyadan irəli gələrək ölkəmizdə irihəcmli, çoxşaxəli sosial təminat siyasəti həyata keçirilir.

"Müharibə bitdikdən sonra nazirlik tərəfindən qazilər və şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı dəstək tədbirlərinin keçirilməsi üçün tam şəkildə səfərbər olunan bir fəaliyyət həyata keçirilir və bu gün də davam edir. Hər bir qazinin, şəhid ailəsi üzvünün şikayəti, narazılığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən diqqətlə araşdırılır", - deyə A.Əliyev qeyd edib.

Anar Əliyev həmçinin bildirib ki, hazırda nazirliyin tabeliyində olan sosial ekspert komissiyaları tərəfindən qazilərimizə bilavasitə əyani müayinə əsasında ekspertizalar həyata keçirilir.

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq postmüharibə dövründə şəhid ailə üzvlərinə, qazilərə xidmətlərin tam şəffaf, operativ həyat keçirilməsi bizim mənəvi borcumuzdur. Nazirlik olaraq bu istiqamətdə olan fəaliyyətimizi ardıcıl davam etdirəcəyik. Hər bir şəhid ailəsinə, qazimizə nazirliyin qapıları açıqdır. İstənilən məsələ ilə bağlı müraciət edə bilərlər", - deyə A.Əliyev vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR