İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS-ın lider üzvü Beyrut ətrafında baş verən partlayışda HƏLAK OLDU - VİDEO

551 02.01.2024 21:35 Dünya A A

HƏMAS-ın yüksək rütbəli rəsmisi Saleh əl-Aruri Beyrut ətrafında baş verən partlayışda həlak olub. 

Musavat.com xəbər verir ki, bu barədə hərəkatın Beyrut bürosundakı mənbə bildirib.

Onun sözlərinə görə, binada olan daha 3 fəal öldürülüb. Yaralıların sayı dəqiqləşdirilir.

Qeyd edək ki, İsrailin Livanın cənubundakı Nəbatiyyə əyalətindəki Merj Ayoun bölgəsinə hücumu nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb. Bu barədə Livanın NNA xəbər agentliyi məlumat yayıb. Belə ki, İsrailin Vadis əl-Seluki kəndinə hücumu nəticəsində 3 nəfər həlak olub, bir nəfər isə yaralanıb. Bundan başqa, Mays əl-Seluki kəndindəki evin atəşə tutulması nəticəsində daha bir nəfər ölüb, bir nəfər yaralanıb.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR