İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Məhəmməd Deif də ÖLDÜRÜLDÜ: HƏMAS-a ŞOK - VİDEO

2040 01.08.2024 13:05 Dünya A A

HƏMAS-ın hərbi qanadının lideri Məhəmməd Deif öldürülüb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin "Telegram" kanalı məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələrinin qırıcı təyyarələri iyulun 13-də Xan Yunis bölgəsinə zərbələr endirib və kəşfiyyat qiymətləndirilməsindən sonra Məhəmməd Deifin zərbə nəticəsində öldürüldüyü təsdiqlənib”, - məlumatda bildirilib.

"Yedioth Ahronoth" yazır ki, daha əvvəl yeddi sui-qəsd cəhdindən sağ çıxan Məhəmməd Deif Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin Əl-Məvasi bölgəsinə endirilən zərbə nəticəsində həlak olub. Onun köməkçisi, briqada komandiri Rafa Salameh də öldürülüb. 

Qeyd edək ki, Məhəmməd Deif HƏMAS-ın hərbi qanadının komandiri və 7 oktyabr 2023-cü ildə İsrailə qarşı hücumun təşkilatçısı olub.

Yayılan son məlumata görə, HƏMAS Siyasi Bürosunun rəsmisi Mahmud Mərdavi Deifin öldürülməsi ilə bağlı xəbərləri təkzib edib.

İqbal,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR