İnsanlara hürriyət, millətlərə istiqlal!

Helikopterin qalıqları sübut edir ki... - Mühəndis pilot DANIŞDI - VİDEO

1797 20.05.2024 22:09 Dünya A A

"Hava nəqliyyatlarında yaş məsələsi düşündüyümüz qədər vacib məsələ deyil. Texniki məsələlərə riayət olunduğu təqdirdə, illər o qədər də önəmli deyil. Bu hadisədə də faciənin əsas səbəbi düşünürəm ki, əlverişsiz hava şəraitidir".

Oxu.az xəbər verir ki, bunu "Haber Global"a açıqlamasında türkiyəli mütəxəssis, mühəndis pilot Ahmet İzgi bildirib.

O, helikopterin raketlə vurulması versiyasını istisna edib: "Helikopterin bütün hissələri qəza yerində çox dar bir ərazidə mövcuddur. Əgər bu helikopter hər hansı bir raketlə havada partlasaydı, qalıqlar bir neçə yüz metr diametrə səpələnmiş olardı", - deyə o izah edib.

Mütəxəssis təyyarənin izinin onun yamacda sürtündüyünü göstərdiyini vurğulayıb.

Ahmet İzgi qeyd edib ki, helikopter uçuş zamanı qəfildən sisə düşüb, pilot oriyentasiyanı itirib, nəticədə pərlər ağaca çırpılıb və qəza baş verib.

Ətraflı süjetdə:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR