İnsanlara hürriyət, millətlərə istiqlal!

Həftənin ilk gününə gözlənilən hava proqnozu açıqlanıb

631 23.06.2024 14:32 Ölkə A A

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, lakin gündüz qısamüddətə havanın tutulacağı, az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman. Şərq küləyi bəzi dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacaq.

Lakin gündüz qısamüddətə havanın tutulacağı, az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR