İnsanlara hürriyət, millətlərə istiqlal!

Həcc ziyarəti zamanı 4 rusiyalı zəvvar dünyasını dəyişib

482 19.06.2024 12:55 Dünya A A

Rusiyanın Ciddədəki baş konsulluğundan verilən məlumata görə, Səudiyyə Ərəbistanında dörd rusiyalı zəvvar dünyasını dəyişib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, konsulluq onların “sağlamlıqları və yaşları ilə bağlı təbii səbəblərdən” öldüklərini bildirib. Ölənlərdən biri kişi, üçü qadındır. Vəfat edənlər haqqında başqa təfərrüatlar açıqlanmır. Onlar Məkkədə dəfn olunacaqlar.

O da bildirilr ki, Həcc ziyarəti zamanı zəvvarlar arasında ölüm halları “mütəmadi olaraq baş verir və qeyri-adi deyil”. Bunun səbəbi ahıl yaşda olan və müxtəlif xəstəlikləri olan insanların Həcc ziyarətinə getməsidir.

Məlum olduğu kimi, bu il Rusiyadan 25 minə yaxın zəvvar Həcc ziyarətinə gedib.

Bundan əvvəl Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı azı 550 nəfərin öldüyü məlum olub. Səbəb çərşənbə axşamı bölgədə havanın hərarətinin 50 dərəcədən yuxarı qalxması olub. Ölənlərin əksəriyyəti Misirdəndir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR