İnsanlara hürriyət, millətlərə istiqlal!

“Heç vaxt Zidan və Ronaldonun səviyyəsinə çatmayacağam” – Benzema

1216 21.10.2022 17:24 İdman A A

“Real”ın futbolçusu Kərim Benzema klubun rəsmi saytına açıqlama verib.

Qol.az xəbər verir ki, fransalı hücumçu həmyerlisi Zinəddin Zidan və braziliyalı Ronaldo ilə müqayisə olunmasına münasibət bildirib. O, sözügedən futbolçuların səviyyəsinə çatmağın çətin olduğunu deyib:

“Mən Zizu və Ronaldonu ötməmişəm. Biz fərqliyik. Onlar mənim kumirlərimdir. Onların etdiklərini meydanda edə bilmərəm. Mən heç vaxt onların səviyyəsinə çatmayacağam. Onlar da “Qızıl top”u qazanıblar, mən də bunu bacardım. Amma onların səviyyəsinə çatmaq çətindir.

Mənim oyun tərzim bir az fərqlidir. Böyük futbolçularla oynamışam. Daha sürətli hərəkət etmək, daha kəskin zərbələr vurmaq lazım idi. İndi isə tək toxunuşlu oyun gedir. Topu alanda nə edəcəyimi bilirəm”.

Xatırladaq ki, Benzema bir neçə gün əvvəl “Qızıl top” mükafatına layiq görülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR