İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbib Nurməhəmmədov əfsanəvi hesab etdiyi MMA döyüşçülərini açıqlayıb

553 13.04.2023 16:56 İdman A A

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədov qarışıq döyüş növlərində (MMA) əfsanə hesab etdiyi idmançıların adlarını açıqlayıb.

"Report" xəbər verir ki, Nurməhəmmədov bu barədə tviterdə paylaşım edib.

O, Fyodr Yemelyanenko və ABŞ-dan olan Con Consu ilk pillədə göstərib. Kanadalı Jorj Sen-Pyer ikinci və braziliyalı Anderson Silva siyahıda üçüncü olub.

İlk "10-luq"da ABŞ-dan olan digər döyüşçülər Demetrius Conson, Daniel Kormye, Henri Sexudo, braziliyalı Joze Aldu, nigeriyalı Kamaru Usman ilə İsrael Adesanya, ABŞ idmançısı Bi Cey Penn də yer alıb.

Braziliyalı Roys Qreysi 11-ci, ABŞ-dan olan Rendi Kutyur və Keyn Velaskes 12-ci, onların həmyerliləri Dan Hendersonla braziliyalı Maurisiu Rua 13-cü, Xorvatiyalı Mirko Filipoviç və ABŞ döyüşçüsü Stipe Mioçiç 14-cü, ABŞ-ın digər idmançılar Dominik Krusla Frenki Edqar 15-ci sırada göstərilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR