İnsanlara hürriyət, millətlərə istiqlal!

Hazırlıq başladı: “Paşinyan bunu bəyan etsə, sərhəddə eskalasiya olacaq”

1478 14.03.2024 13:40 Region A A

Ermənistan Rusiyada prezident seçkiləri günü KTMT-dən çıxdığını elan edə bilər.

Bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

“Son günlər ən çox müzakirə olunan mövzulardan biri Ermənistanın xarici siyasətindəki dəyişiklikdir. Bunun da ilk toxumu sentyabrın 1-də “Zvartnots” aeroportundan Rusiya sərhədçilərin çıxarılması ilə bağlı İrəvandan Moskvaya göndərilən rəsmi məktub oldu. Nikol Paşinyan son mətbuat konfransında bildirdi ki, KTMT-dən çıxmaq və ya qalma şərtlərə bağlıdır. Ötən ilin ortalarından hakimiyyət daxilində məsələ ilə əlaqədar gərgin müzakirələr gedir”, - məlumatda deyilir.

“Past” yazır ki, hakimiyyət daxilində belə bir qərarın mümkün zərərli nəticələri barədə təşviş olsa da, Nikol Paşinyan KTMT-dən çıxmaqda qərarlı və israrlıdır:

“Hakimiyyət daxilindəki müzakirələrdən xəbərdar olan həmsöhbətimiz deyir ki, Rusiyada prezident seçkiləri günü (17 mart) KTMT-dən çıxmağın elan olunması variantı kifayət qədər ciddi müzakirə olunub. Onun sözlərinə görə, Paşinyan canlı yayımda KTMT-dən çıxdığını bəyan edəcəyi təqdirdə (Azərbaycanla) sərhəddə eskalasiya ola bilər. Əldə etdiyimiz məlumata görə, bu variant kifayət qədər ciddi müzakirə olunub. Xüsusən də Qərb KİV-lərinin müvafiq informasiya dəstəyi ilə bunun yenidən seçiləcək Putinə “yaxşı hədiyyə” olacağını nəzərə alan hakimiyyətin qərb qanadı həyəcanlıdır”.

Nəşr Rusiyanın bundan istifadə edərək Ermənistan-Azərbaycan sərhədində təxribata əl atacağını iddia edir./Teleqraf.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR