İnsanlara hürriyət, millətlərə istiqlal!

"Havadan barıt qoxusu gəlir" - Şuşanın alınmasında iştirak edən qazi SENSASİON DETALLARI AÇDI

2387 08.08.2023 10:46 Son xəbər A A

Vətən müharibəsi iştirakçısı, Şuşa əməliyyatında iştirak etmiş, tanınmış zabit İqbal Səfərov hesab edir ki, yaxın zamanlarda yeni hərbi əməliyyatlar başlaya bilər.

O bununla bağlı öz sosial media hesabında xüsusi qeydlərlə çıxış edıb. 

Musavat.com olaraq zabitimizin fikirlərini təqdim edirik:

WhatsApp Image 2023-08-08 at 10.48.26.jpeg (273 KB)

"Qafqazda balansın yenidən formalaşdırılması qaçılmazdır. Hər nə qədər sülh arzu etsək də, reallıq müharibəyə məhkum olmağımızdır.

Azərbaycan Prezidenti var gücü ilə bunun baş verməməsinə çalışsa da, düşmən növbəti dəfə şansını zorlamaqda israrlıdır. Görünən budur ki, müharibə qaçılmaz olacaq. Müharibəyə girməyi hesablamaq qədər ondan vaxtında çıxa bilmək, müharibənin içində baş verə biləcək riskləri hesablamaq da bir o qədər önəm daşıyır. Düşünürəm ki, Azərbaycan hal-hazırda bunun hesab-kitabını aparır.

Ordu birmənalı şəkildə döyüşlərə tam hazırdır!

Əminəm ki, zaman gəldiyində Cənab Ali Baş Komandanın ordu qarşısına qoyacağı öhdəliklər dəqiqliklə icra olunacaq və nəzərdə tutulan nəticəni əldə edəcəyik.

Ümid edirəm, bunlar baş verməmiş düşmən "qumar oynamağ"ı buraxacaq və şansını zorlamaqdan zamanında vaz kecəcək".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR