İnsanlara hürriyət, millətlərə istiqlal!

Havada qorxulu anlar - 256 sərnişini daşıyan təyyarənin bu görüntüləri hər kəsi heyrətləndirdi (VİDEO)

2051 24.09.2022 13:05 Hadisə A A

256 sərnişini daşıyan "United Airlines" təyyarəsi çərşənbə günü saat 23:30-da Braziliyanın Sao Paulo şəhərinə yola düşərkən, havaya qalxdıqdan sonra mexaniki bir problemlə qarşılaşıb.

Musavat.com xəbər verir ki, Atlantik okeanının üzərindən keçərək havaya qalxdıqdan qısa müddət sonra mexaniki problemlə üzləşən təyyarə gecə yarısı Nyuarkda təcili eniş etmək məcburiyyətində qalıb.

Təyyarənin altından çıxan qığılcımlarla qorxu dolu anların görüntüsü izləyənləri heyrətə salıb.

"United Airlines" şirkəti hadisə ilə bağlı açıqlamasında təyyarədə hidravlik nasos problemi olduğunu bildirib. Saytın yayımladığı videoda 256 sərnişini daşıyan təyyarə yüksəkliyə qalxarkən arxa tərəfdən qığılcımların çıxdığı aydın şəkildə görülüb. 

Hadisədən sonra təhlükəsiz eniş etdiklərini açıqlayan və ertəsi səhərə təyin olunan başqa bir reyslə sərnişinlərin səyahət etmələrini təmin edən "United Airlines" əməkdaşı, ciddi bir problem olmadığını bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR