İnsanlara hürriyət, millətlərə istiqlal!

Hasilatı “könüllü” azaldanlar may ayında kvotanı 630 min barel keçiblər - BEA

415 12.06.2024 22:22 İqtisadiyyat A A

OPEC+ ölkələri may ayında sutkada 34,55 milyon barel neft hasil edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Beynəlxalq Enerji Agentliyi öz hesablamalarına əsasən açıqlayıb.

Agentlik qeyd edir ki, hasilatın azaldılmasına dair sazişin tələblərinə əsasən may ayında OPEK+-un gündəlik hasilatı 33,92 milyon barel olmalı idi.

Beləliklə ötən ayın yekunları üzrə plandan 630 min barel artıq neft hasil olunub. Aprel ayı ilə müqayisədə blok ölkələri neft hasilatını sutkada 40 min barel azaldıb.

Razılaşmada iştirak edən OPEC ölkələrinin hasilatı aprel ayında sutkada 21,84 milyon barel təşkil edib ki, bu da plandan 620 min barel çoxdur. OPEC-ə daxil olmayan ölkələr ötən ay icazə verilən səviyyədən – 14,30 milyon bareldən (Meksika istisna olmaqla) 10 min barel çox hasil ediblər.
BEA-nın məlumatına görə, may ayında Səudiyyə Ərəbistanında neft hasilatı sutkada 9,03 milyon barel səviyyəsində qalıb ki, bu da tələb olunan plandan 50 min barel çoxdur. Rusiya neft hasilatını sutkada 80 min barel azaldaraq 9,22 milyon barelə endirib, lakin bu, könüllü azalmalar nəzərə alınmaqla (9,05 milyon barel – red.) may ayı üçün açıqlanan səviyyədən 170 min barel çoxdur.

Göstərilən hasilat hədəfindən xeyli yuxarı olan İraq, may ayında gündəlik hasilatı 40 min barel daha artırmaqla 4,28 milyon barelə çatdırıb ki, bu da könüllü həddən 280 min barel çoxdur. BƏƏ-də neft hasilatı may ayında aprel ayı ilə müqayisədə sutkada 20 min barel artaraq 3,25 milyon barel təşkil edib ki, bu da hədəf səviyyəsindən 340 min barel çoxdur. Öz növbəsində, Qazaxıstan may ayında neft hasilatını sutkada 100 min barel azaldaraq 1,49 milyon barelə endirib və hazırda nəzərdə tutulan planı cəmi 20 min barel üstələyir.

Agentlik xatırladır ki, OPEC+-un iyunun 2-də keçirilən iclasından sonra alyansın “könüllüləri” 2024-cü ilin dördüncü rübündən etibarən əlavə ixtisarlardan tədricən imtina etmək qərarına gəliblər. Bunun fonunda BEA bu il qlobal neft tədarükünün artımı ilə bağlı proqnozunu təqribən 200 min barel artıraraq 690 min barelə yüksəldib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR