İnsanlara hürriyət, millətlərə istiqlal!

HAMISINI ÖLDÜRƏCƏYİK! - Medvedev teraktın iştirakçı və sifarişçiləri ilə bağlı QƏRARI AÇIQLADI

1070 26.03.2024 11:35 Gündəm A A

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, Moskva yaxınlığındakı “Crocus Cityi Holl”da baş verən terror aktının bütün icraçıları və təşkilatçıları ölümə layiqdirlər.

Bu barədə o, “Telegram” kanalından paylaşım edib. Medvedev paylaşımında bu ifadələrə yer verib: “Hamı məndən soruşur. Nə edək? Onlar tutuldu. Onları tutan hər kəsə halal olsun. Onlar öldürülməlidirmi? Təbii ki. Və öldürüləcəklər. Ancaq iştirak edən hər kəsi öldürmək daha vacibdir. Hər kəsi. Kim təşkil etdi, kim ödədi, kim kömək etdi. Hamısını öldürün”.

Qeyd edək ki, martın 24-də Medvedyev demişdi ki, “Crocus” terroruna qarışan hər kəs Rusiya hüquq-mühafizə orqanlarının qanuni və əsas hədəfidir. O, həmçinin bildirib ki, Rusiya bu terror aktının hər qurbanının qisasını alacaq.

Son məlumatlara görə, dəhşətli terror aktında 144 nəfər həlak olub.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.35-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız tanınmış jurnalist-siyasi ekspert Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR