Türkiyənin tanınmış müğənnisi və "Ahbap" dərnəyinin qurucusu Haluk Levent qarşılıqsız çıxan iki çeklə bağlı məhkəmə qərarından sonra açıqlama verib.
Musavat.com xəbər verir ki, 2025-ci ildə tərtib edilən iki çekin qarşılıqsız çıxması səbəbindən məhkəmə Leventə ümumilikdə 70 milyon TL məbləğində cərimə tətbiq edib. Bundan əlavə, onun yeni çek yazması və çek hesabı açması da qadağan edilib.
Sosial şəbəkə hesabında paylaşım edən sənətçi yayılan xəbərlərin doğru olduğunu təsdiqləyərək bildirib ki, çeklə bağlı ödənişlərin hissə-hissə həyata keçirilməsi üçün vəsatəti öz vəkilləri verib.
“Bu çeklə bağlı taksit qərarının çıxmasını vəkilimiz istədi. Ödənişlər 24 ay ərzində həyata keçiriləcək, ortada problem yoxdur. 25 ildən sonra yenidən çek mövzusu ilə gündəmə gəldim. Məni bağışlayın”, – deyə Haluk Levent qeyd edib.
Bildirilib ki, qərardan apellyasiya şikayəti veriləcək. Qərar yuxarı instansiya tərəfindən təsdiqlənərsə, cərimə qüvvəyə minəcək.
Könül
Musavat.com






