İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakan Fidan Blinkenlə bunları müzakirə etdi

797 06.01.2024 19:20 Dünya A A

ABŞ Dövlət katibi Antoni Bilnken Türkiyənin xarici işlər naziri Hakan Fidanla Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edib.

Bu barədə TRT məlumat yayıb.

Bununla yanaşı, hər iki ölkənin baş diplomatları Rusiya və Ukraynada istehsal olunan ərzaq məhsullarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması ətrafında fikir mübadiləsi aparıblar. H.Fidan qeyd edib ki, Türkiyə Qara dənizdə gərginlik istəmir.

Həmçinin, türkiyəli nazir Blinkenə F-16-ların satın alma prosesinin yekunlaşmasını gözlədiklərini bildirib.

Suriya və İraqdakı vəziyyətin müzakirə olunduğu görüşdə Qəzzada dərhal atəşkəsin elan edilməsi və humanitar yardımların çatdırılmasının vacibliyi də vurğulanıb.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR