İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacıqabulda qəza: Xəsarət alan var

451 31.12.2023 02:02 Hadisə A A

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsində sürücünün həyat yoldaşı ağır xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sürücünün həyat yoldaşı Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ellada Əli qızı Əliyeva ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR