İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacıqabulda GÜCLÜ YANĞIN - VİDEO

622 08.06.2026 18:35 Hadisə A A

Hacıqabul rayonu, Ağacanlı kəndində açıq ərazidə yanğın baş verib.

Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində 15 hektar sahədə kol-kos yanıb.

Ətraf ərazilər, o cümlədən ərazidən keçən kommunikasiya xətləri yanğından mühafizə olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR