İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstandan Rusiyaya TƏRS ŞİLLƏ

4829 02.08.2023 20:27 Son xəbər A A

Gürcüstan avqustun 1-dən etibarən ABŞ mənşəli avtomobillərin Rusiyaya ixracı və reixracını dayandırır.

Musavat.com-un xəbərinə görə, Gürcüstan Maliyyə Nazirliyinin bununla bağlı yaydığı məlumatda qeyd olunur ki, Avropa istehsallı avtomobillərlə bağlı eyni qərar sentyabrın 26-dan qüvvəyə minəcək.

Çünki Avropa İttifaqının Rusiyaya qarşı 11-ci sanksiya paketində bu ölkəyə yeni və mühərrikinin həcmi 1.9 litrdən yuxarı olan işlənmiş avtomobillərin ixracı 26 sentyabrdan qadağan edilir.

Qeyd edək ki, bu ilin 6 ayında Gürcüstandan Rusiyaya 52 milyon dollar dəyərində 3.7 min ədəddən çox xarici avtomobil ixrac olunub.

Gürcüstan Mərkəzi Bankının rəhbəri Natiya Turnava bəyan edib ki, ölkəsi Qərbin Rusiya və Belarusa qarşı tətbiq etdiyi sanksiyalara tam əməl olunması üçün əlindən gələni edir:

"Bizim gömrük və maliyyə qurumlarımız ölkəmizin sanksiyalardan yayınmaq məqsədilə vasitəyə çevrilməməsi üçün əllərindən gələni edirlər".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR