İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda sanksiyalı məhsulların Rusiyaya keçirilməsinə 1300 cəhdin qarşısı alınıb

462 30.06.2023 00:25 Region A A

Gürcüstan qadağan olunan məhsulların öz ərazisindən Rusiyaya keçirilməsinin qarşısını almaq üçün fəaliyyətləri gücləndirib.

Musavat.com-un xəbərinə görə, bu barədə ölkənin maliyyə naziri Laşa Xutsişvili İMEDİ telekanalına müsahibəsində məlumat verib.

Nazirin sözlərinə görə, Gürcüstanın gömrük orqanları sanksiya siyahısına salınmış malların Rusiyaya keçirilməsinə dair 1300-dək cəhdin qarşısını alıblar. Bu halların böyük əksəriyyətində Rusiyaya keçirilməsinə cəhd olunan mallar mənşə ölkəsinə qaytarılıb.

Laşa Xutsişvili onu da bildirib ki, Rusiyaya keçirilməsinə çalışılan malların çoxu məişət texnikası olub.

ABŞ və Böyük Britaniyanın sanksiyalar üzrə səfirləri ilə birlikdə 2 gün Gürcüstandan olan Avropa İttifaqının sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O`Sallivan bildirib ki, Gürcüstan hakimiyyəti ölkə ərazisinin sanksiyalardan yayınma üçün plastarma çevrilməməsi məsələsinə çox ciddi yanaşır. Onun sözlərinə görə, Gürcüstan öz ərazisindən 38 kateqoriyadan olan texnoloji məhsulların Rusiyaya ixracının qarşısını almaq üçün əhəmiyyətli işlər görür.

Qeyd edək ki, Rusiyaya qadağan olunmuş məhsulların çatdırılmasında ən mühüm rol oynayan ölkələrdən biri Ermənistandır. Bu ölkənin bir neçə şirkəti artıq buna görə ABŞ və Avropa İttifaqının sanksiya siyahısına daxil edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR