İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda nazir müavini xarici agentlər haqqında qanuna görə İSTEFA VERDİ

842 26.05.2024 11:35 Dünya A A

Gürcüstanın maliyyə nazirinin müavini Mirzə Gelaşvili ölkənin gələcəyini yalnız Avropada gördüyünü söyləyərək vəzifəsini tərk edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı o, xüsusi bəyanat yayıb.

“10 il dövlət qulluğunda işlədikdən sonra Gürcüstanın Maliyyə Nazirliyindən gedirəm. Fərdi məsləhətçi kimi karyeramı davam etdirəcəyəm... Müstəqillik gününüz mübarək! Gürcüstanın gələcəyi Avropadadır!”, - deyə Gelaşvili “LinkedIn” sosial şəbəkəsində yazıb.

“Formula” telekanalı ilə söhbətində o, qərarının yeni qəbul edilən xarici agentlər haqqında qanunla bağlı olduğunu təsdiqləyib.
Gelaşvilinin bəzi həmkarları da açıq şəkildə xarici agentlər haqqında qanunla razılaşmırlar. Onlardan biri də maliyyə nazirinin birinci müavini Georgi Kakauridzedir.

Kakauridze açıq şəkildə rəsmi Tiflisə Vaşinqton arasında münasibətlərin hazırkı kəskinləşməsindən narahat olduğunu bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR