İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda LGBT təbliğatına görə cərimə tətbiq edilə bilər

479 19.06.2024 04:23 Dünya A A

Bu həftə Gürcüstan parlamentinin Hüquq Komitəsi digər məsələlərlə yanaşı, LGBT təbliğatına görə cərimənin tətbiqini nəzərdə tutan qanun layihələri paketinə baxmağa başlayacaq.

"Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında" konstitusiya qanunu layihəsi və qəbulda olan 18 qanun layihəsinin təşəbbüskarı parlament çoxluğu olub.

Yeniliklərə əsasən, eynicinsli nikahlar, cinsiyyətin dəyişdirilməsi, uşaqların qeyri-heteroseksual şəxslər tərəfindən övladlığa götürülməsi, LGBT-nin təbliği və onun təmsilçilərinin təhsil müəssisələrində və mediada yer alması, LGBT nümayişləri qadağandır.

Qanunları pozanlar üçün 800 laridən (təxminən 280 dollar - red.) 4000 lariyədək (təxminən 1400 ABŞ dolları - red.) məbləğində cərimə nəzərdə tutulub. Lakin bu normaların dəfələrlə pozulması Gürcüstanın Cinayət Məcəlləsinə edilən dəyişikliklərdə nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olacaq. Dəyişikliklərə əsasən, pozuntunun təkrar törədilməsinə görə üç ilədək müddətə vəzifə tutma və ya fəaliyyətlə məşğul olma qadağası və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR