İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?

2615 23.04.2024 08:50 İqtisadiyyat A A

İdxalçı ölkələrdən keyfiyyət göstəricilərinin yüksəldilməsinə tələb qoyulması qonşu ölkədə avtomobil bazarına mənfi təsir edir; ekspert: “Durğunluq Avro-5 standartına keçidlə əlaqədardır”

Gürcüstanda “ikinci əl” avtomobil bazarında böhran yaşanır. Bu barədə Gürcüstan Avtomobil İdxalçıları Assosiasiyasının sədri Aleksandr Noniadze bildirib.

Onun sözlərinə görə, hazırda bazarda avtomobillər maya dəyərindən aşağı qiymətə satılır: “2023-cü ilin yazında bazarda avtomobil qıtlığı qiymətlərin artmasına səbəb olmuşdu. Nəticədə ölkəyə daha çox nəqliyyat vasitəsi idxal edildi. Təəssüf ki, bu da öz növbəsində bazarlarda avtomobillərin qiymətinin aşağı düşməsinə səbəb oldu”.

Aleksandr Noniadze qeyd edib ki, 2024-cü ilin yanvar-mart aylarında Gürcüstana 486,6 milyon dollar dəyərində avtomobil idxal edilib ki, bu da ötən ilin göstəricilərindən 31,3% azdır: “Avtomobillərin təkrar ixracı isə 443,8 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 7,8% çoxdur”.

Bəs Azərbaycandakı maşın bazarı Gürcüstanın maşın bazarındakı durumdan necə təsirlənəcək, nəzərə alsaq ki, qonşu ölkə ilə bu sahədə ticari əlaqələr kifayət qədər sıxdır, Azərbaycanda avtomobillər ucuzlaşa bilərmi? 

Eldəniz Əmirov: Dayanıqlı iqtisadiyyata nail olmaq üçün yaşıl enerjinin  tətbiqi böyük əhəmiyyət daşıyır - AZƏRTAC

 Eldəniz Əmirov 

İqtisadçı ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a şərhində bildirdi ki, Gürcüstandan Azərbaycana idxal olunan avtomobillərin sayında 2023-cü ilin 1-ci rübündə də, 9 ayında da azalmalar müşahidə olunub. Statistikaya diqqət çəkən ekspert qeyd edib ki, ötən ilin ilk 6 ayında Azərbaycana 14  min 206 ədəd avtomobil gətirilmişdisə, 2022-ci ilin ilk 6 ayında 14 min 500-ə yaxın avtomobil gətirilib, yəni 300 az: “2023-cü ilin 9 ayı ərzində ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5276 ədəd az olub. Bu isə say baxımından 21 faizlik azalma deməkdir. Birmənalı olaraq əsas faktor yaşı 10 ildən çox olan avtomobillərin ölkəyə idxalının məhdudlaşdırılmasıdır. Digər tərəfdən, Gürcüstan idxal etdiyi avtomobillərin 80 faizini daha çox Avrasiya İttifaqı ölkələrinə paylayır. Dünya inkişaf etdikcə bir çox ölkə, o cümlədən Azərbaycan inkişaf edir. Ölkələr inkişaf etdikcə, ərzaq, yaxud qeyri-ərzaq olmasından asılı olmayaraq, keyfiyyətli məhsullar idxal etməyə çalışır. Tələblərin artması Gürcüstandan gətirilən ikinci əl avtomobillərin dövriyyəsinə təsir göstərir. Etiraf edək ki, qonşu ölkədən idxal olunan avtomobillərin əksəriyyəti ikinci əl, müxtəlif ölkələrin imtina etdiyi avtomobillərdir. Nəticə etibarilə idxalçı ölkələrdən keyfiyyət göstəricilərinin yüksəldilməsinə tələb qoyulduğu üçün bu, avtomobil bazarına təsirsiz ötüşmür. Başqa sözlə ifadə etsək, insanlar artıq köhnə məhsullar istəmirlər". 

E.Əmirov vurğulayıb ki, Gürcüstan avtomobil istehsalçısı olmadığına görə coğrafi mövqeyinə görə, mövcud gömrük və vergi siyasəti sayəsində tranzit ölkə rolunu oynayırdı: “Zaman keçdikcə idxalçıların tələblərinin artması Gürcüstanın roluna ciddi təsir edir və böhrana səbəb olur. Nəticədə Azərbaycan və Gürcüstan arasında məhz avtomobil sahəsində ticari əlaqələrin həcminə mənfi təsir müşahidə olunacaq. O ki qaldı mövcud vəziyyətin Azərbaycanda avtomobillərin qiymətinə təsirinə, mən ucuzlaşma olacağını düşünmürəm. Çünki Gürcüstanın ixrac etdiyi və digər ölkələrin Gürcüstandan idxal etdiyi avtomobillərin sayı azaldığına görə Gürcüstan artıq az avtomobil  gətirir. Belə deyək, Gürcüstanın tranzit funksionallığı azalır. Qanunvericiliyə etdiyi dəyişikliklərə əsaslanaraq hər bir ölkə avtomobil bazarını daha keyfiyyətli avtomobillərlə təchiz etməyə çalışır. Bu baxımndan Azərbaycanda avtomobillərin qiymətinin ucuzlaşması ilə bağlı gözləntini real hesab etmirəm”. 

Natiq Cəfərli Ədalət Vəliyevlə görüşün səbəbini açıqladı - GlobalInfo.az

Natiq Cəfərli 

İqtisadçı ekspert Natiq Cəfərli də hesab edir ki, Gürcüstandakı böhran Azərbaycanda avtomobillərin qiymətinə ciddi təsir etməyəcək: “Azərbaycanda ciddi məhdudiyyətlər var. Köhnə maşınların gətirilməsinə qadağalar mövcuddur. Gürcüstanda isə belə qadağalar yoxdur. Daha çox ikinci əl və ucuz avtomobillərə üstünlük verilir. Buna görə də düşünürəm ki, böhranın Azərbaycan bazarına müəyyən təsiri olsa da, qiymətlərin ucuzlaşmasına təsiri olmayacaq. Çünki Azərbaycanın daxilində qadağalar, gömrük, vergi rüsumları, aksiz dərəcələri Gürcüstanla müqayisədə həddən artıq yüksəkdir. Bu baxımdan baş verənlərin qiymətlərə müəyyən təsirləri olacaq, lakin qiymətlərə birbaşa ciddi təsir olmayacaq”.

İdxal olunan avtomobillərin aksiz dərəcələri (Eldəniz Cəfərov) - ARB 24  (Gündəm)

Eldəniz Cəfərov

Nəqliyyat eksperti Eldəniz Cəfərovun fikrincə, Gürcüstandakı durğunluq bir sıra amillərlə bağlıdır. Ekspert hesab edir ki, ilk amil Gürcüstanın Avro-5 standartına keçidi ilə əlaqədardır: “Bu o deməkdir ki, ölkəyə idxal olunan nəqliyyat vasitələri Avro-5 standartına cavab verməlidir. Eyni zamanda Gürcüstanda yeni qaydalara görə, idxal olunan nəqliyyat vasitələrinin yaşı 10 ildən çox olmamalıdır. Bununla yanaşı, Azərbaycanda köhnə avtomobillərə məhdudiyyət tətbiq edilib. Ötən ilin mart ayından etibarən yaşı 10 ildən çox olan avtomobillər ölkəmizə idxal oluna bilməz. Məlum olduğu kimi, köhnə avtomobillərin bir qismi Gürcüstan bazarından gətirilirdi.  Artıq bizim ölkəmizdə bu avtomobillərə məhdudiyyət tətbiq edildikdən sonra bazarda həmin avtomobillərin satışı azalır. Tələb azalır, təklif isə çoxalır. Nəticədə qiymət aşağı düşür və bu bazarda köhnə avtomobillərin bolluğuna gətirib çıxarır”.

Ekspert Gürcüstanda avtomobil bazarındakı durğunluğun Azərbaycanın avtomobil bazarına təsir etməyəcəyi qənaətindədir: “Hazırda Azərbaycan bazarında mühərrik həcmi kiçik olan, təxminən 1500 kub santimetr həcmli avtomobillərin sığorta olunması problemi yaranıb. Bəzi sığorta şirkətləri qeyri-qanuni olaraq bu növ avtomobilləri sığorta etmirlər. Taksidə istismar olunan nəqliyyat vasitələrini sığorta etməkdən yayınırlar. Nəticədə vətəndaşlar əziyyət çəkirlər. Qəza zamanı vətəndaşları öz aralarında razılaşmalı olurlar. Bu mövcud "İcbari sığorta haqqında" qanuna ziddir. Bu məsələyə fokuslanmaq lazımdır. Nəqliyyat vasitələrinin hamısı, Azərbaycan qanunlarına görə, ölkədə istismar olunan, mühərrik həcmi 50 kub santimetrdən yuxarı olan bütün növ nəqliyyat vasitələri icbari sığorta olunmalıdır. Azərbaycanda fəaliyyət göstərən dövlət, yaxud qeyri-dövlət özəl sığorta şirkətləri bunu həyata keçirməlidirlər. Vətəndaşa bununla bağlı imtina verilə bilməz. Düşünürəm ki, nəqliyyat vasitəsinin sığortasından əsassız imtina edən sığorta şirkətlərinə sanksiya tətbiq edilə bilər".      

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR