İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan: baş nazir prezidenti dövlətə xəyanətdə ittiham etdi

955 26.05.2024 12:36 Dünya A A

Gürcüstanln baş naziri İrakli Kobaxidze ölkə prezidenti Salome Zurabişvilini dövlətə xəyanətdə ittiham edib.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, Kobaxidze bunu Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Xalqın və onun seçdiyi hökumətin birliyi və mənalı addımları bizə son iki ildə ekzistensial təhlükələrə və müxtəlif xəyanətlərə, o cümlədən prezidentin xəyanətinə baxmayaraq, ölkədə sülhü qoruyub saxlamaq imkanı verib. Gürcüstanın ən yaxın tarixi və müasir dünyada gedən proseslər bizə xüsusilə aydın şəkildə göstərdi ki, suverenlik ölkənin təhlükəsizliyinin ən səmərəli təminatıdır”, - Kobaxidze bəyan edib.

Baş nazirin vurğulayıb ki, hazırda Gürcüstan üçün öz dövlət müstəqilliyini qorumaq xüsusilə vacibdir: "Bu gün biz həmişəkindən daha çox bir-birimizə qayğı göstərməli və nifrətə qalib gəlməliyik, çünki düşmənçiliklə məhv ediləni yalnız sevgi ilə qura bilərik".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR