İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan 30 min ton Rusiya neftini ərazisinə buraxmaqdan imtina etdi

1043 27.06.2022 13:29 İqtisadiyyat A A

Gürcüstan hökuməti sanksiya altına düşmüş Rusiya şirkətinə məxsus nefti öz ərazisinə buraxmaq niyyətində deyil.

Musavat.com xəbər verir ki, bu barədə açıqlamanı ölkənin baş nazir müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Datiaşvili keçirdiyi brifinqdə verib.

Nazir Türkiyə bayrağı altında üzən və 30 min ton Rusiya nefti ilə dolu olan gəminin Batumi limanına daxil olduğunu bildirib: “Bütumi limanında sanksiya siyahısına daxil edilən şirkətə məxsus neftlə dolu gəmi daxil olub. Bu, faktdır. Biz artıq bütün sənədləri araşdırmışıq. İndiyədək Gürcüstanın sanksiyalardan yan keçdiyinə dair bir fakt belə olmayıb. İndiki halda da buna əməl olunacaq”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR