Bu şəxs uzun illər "Azadlıq" qəzetində karrikaturalar çəkib. "Həmin "Azadlıq" qəzetində uzun illər işləyən başqa bir dümbələk də bu ilin əvvəlində status paylaşaraq Şuşa-Laçın yolunda ölkənin böyük mübarizəsini aparan fədakar ekofəallarını məsxərəyə qoymuşdu. O zaman aydın olacaq ki, Azərbaycan siyasətində illərdir lotu-lotu gəzənlərin, sözdə demokratiya carçılarının xeyli hissəsi birər Gündüzlərdir. Adları Gündüz olub, mahiyyətləri Qaranlıq olanların bu məmləkətin gələcəyi üçün nəyi vəd etdiyi indi daha dəqiq anlaşılar. Xatırlayıram bir neçə il öncə Qum saatı ilə başını işlədən mərsiyyəçi bir qrup Gürcüstanda yaşayan soydaşlarımızın cahil hissəsinin başını tovlayıb Borçalıda bir tamaşa zalına yığmışdılar. Göstərdikləri tamaşanın adı nə olsa yaxşıydı: "Gündüzlərimiz Gecə olaydı". Bu minvalla illər ötdüyündə gördük ki, xeyli Gündüzlərimizi Gecəyə çevirməyi bacardılar. İndi bu adamlar hər gün Qarabağda bütün yüksəklikləri götürmüş dövlətimizin hansısa bir uğursuzluğunun röyasını görürlər. Ancaq əminəm ki, röyada gördüklərində də qalacaqlar. Bu prosesin geri dönüşü ola bilməz. Ram edəcəyik, sözlə də olsa, baş sığallama ilə də olsa, dəmir yumruqla da olsa! Bu sadəcə pafos deyil, real tablonu dərindən izləyərək söyləyirəm. Yaxın günlərdə biz Qida Təhlükəsizliyi Agentliyinin ştatlarını artırıb sərhəddə yardım adı ilə göndərilən yüklərin yoxlanması ilə bağlı funksiyalarını genişlətməliyik. Buyurun, viza almısınızsa, gəlin qidanızı yoxlayaq, bəlkə siz məqsədli şəkildə Qarabağda yaşayan bir dəstə ermənini zəhərləmək istəyirsiniz?
İstər Laçın, istər də Ağdam-Xankəndi yolunda bu məqsədlə mexanizmlər qurulmalıdır. Digər vacib məsələ mobil operatorlarla bağlıdır. Niyə Qarabağ erməniləri ərazisində yaşadıqları Azərbaycanın deyil, bizə düşmən olan Ermənistanın mobil operatorlarından istifadə etməlidir? Niyə onlar düşmən dövlətin 380 kodunu işlətməlidirlər? Ermənistandan Qarabağa çəkilmiş kabel xətlərinə, eləcə də qaz, su və işıq xətlərinə də sözün məcazi mənasında sığal çəkməliyik. Qida yardımı təklif etdiyimiz kimi, mobil operator, qaz, işıq, su xəttini də eyni qaydada təklif etməliyik. İlkin mərhələdə aşağı tarifləri təklif etmək olar, ardınca özlərini yaxşa aparsalar, məktəbdə öyrənmələri üçün Azərbaycan dili dərsliklərini də yardımların içində göndərəcəyik.
Fazil Mustafa, Millət vəkili