İnsanlara hürriyət, millətlərə istiqlal!

Gülüstan Əliyeva TÜRKSOY mükafatına layiq görüldü

554 01.12.2025 20:15 Şou-biznes A A

Aktauda “Türk Dünyasının Mədəniyyət Paytaxtı – 2025” layihəsinin təntənəli bağlanış tədbirində Azərbaycanın Əməkdar artisti Gülüstan Əliyeva xüsusi proqramla çıxış edib.

Musavat.com xəbər verir ki, sənətkar tədbirə böyük məsuliyyətlə hazırlaşaraq günlər boyu intensiv məşqlər aparıb.

O, həmçinin Dövlət Filarmoniyasının rəqs qrupunun bədii rəhbəri Ceyhun Qubadovun rəhbərliyi ilə hazırlanan rəqs ansamblı ilə birlikdə türkcülüyə həsr olunmuş “Əsr türkün əsridir” adlı kompozisiyanı səhnələşdirib.

Gülüstan Əliyevanın ifası mərasim iştirakçıları tərəfindən böyük alqışla qarşılanıb.

Tədbirin sonunda Əməkdar artist Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən mədəniyyət mükafatı ilə təltif edilib.

 Gülüstan Əliyeva TÜRKSOY mükafatına layiq görüldü  Gülüstan Əliyeva TÜRKSOY mükafatına layiq görüldü  Gülüstan Əliyeva TÜRKSOY mükafatına layiq görüldü

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR