İnsanlara hürriyət, millətlərə istiqlal!

GÜCLÜ ZƏLZƏLƏ Kürdəmiri bu vəziyyətə gətirdi - VİDEO FOTO

2042 03.09.2023 23:03 Hadisə A A

Kürdəmirdə baş vermiş zəlzələ nəticəsində rayonun bir neçə kəndlərindəki evlərdə çatlar əmələ gəlib.

Çatlar əsasən rayonun Ərəbxana, Atakişili və Xırdapay kəndlərində qeydə alınıb.

Hazırda aidiyyəti qurumların əməkdaşları rayonun digər ərazilərində fəsadların baş verib-verməməsi ilə bağlı araşdırma aparırlar. Eyni zamanda, Kürdəmir rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Ağali Kərimli "Report"a açıqlamasında bildirib ki, hazırda şəhər də daxil olmaqla, kəndlərdə zəlzələnin törətdiyi fəsadlarının olub-olmaması ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Xatırladaq ki, sentyabrın 3-də, saat 20:35-də Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub. (Report)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR