İnsanlara hürriyət, millətlərə istiqlal!

"Gucci"nin erməni “model”i terror təşkilatına qoşuldu - VİDEO

3376 01.10.2023 21:13 Region A A

İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistan bölgədə gərginliyi artırmaq üçün addımlar atmaqda davam edir. Qərbə və Rusiyaya güvənən Ermənistanın regionda təxribatlarını artırması Azərbaycanın lokal antiterror tədbirlərinə başlamasına səbəb oldu və 24 saat ərzində erməni separatçıları ağ bayraq qaldırdı. Qısa müddətdə Qarabağda sülh və əmin-amanlıq hökm sürməyə başlayarkən, məğlubiyyəti qəbul etməyən separatçılar yeni hazırlıq görürlər.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, İtaliya və Fransaya məxsus moda brendi "Gucci"nin reklam simalarından olan erməni model Armine Harutyunyan "VoMa" terror təşkilatına qoşulub.

Belə ki, əlində tapança ilə təlim alarkən görüntülənən Harutyunyan terror təşkilatı "VoMa"nın kanalına müsahibəsində Azərbaycana hücum edəcəklərini bildirib.

Digər tərəfdən "PKK" və "ASALA" terrorçularının da yer aldığı təşkilat “Azərbaycanla döyüşə hazırlaşırıq” deyərək yeni təxribatlara və hücum cəhdlərinə işarə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR