İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözlər Münhendə…RAZILAŞDI! Paşinyanla Əliyevin polemikası BAŞLAYIR - CANLI

2523 18.02.2023 12:00 Siyasət A A

Ermənistan Baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında Cənubi Qafqazla bağlı panel diskussiyalarına qatılmaq razılığı verib.

Artıq bununla bağlı Münhen Təhlükəsizlik Konfransının rəsmi saytında da məlumat yerləşdirilib. Belə ki, panel diskussiyanın iştirakçıları sırasına Nikol Paşinyanın da adı əlavə edilib.
Qeyd edək ki, bu gün Münhen Təhlükəsizlik Konfransında Cənubi Qafqazdakı vəziyyətlə bağlı diskussiyalar aparılacaq. 45 dəqiqə davam edəcək müzakirə yerli vaxtla 19:30-da başlayacaq.
Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Baş naziri İrakli Qaribaşvili, ATƏT-in Baş katibi Helqa Şmidt iştirak edəcək. Üstəlik, Müzakirənin moderatorluğunu isə Münhen Təhlükəsizlik Konfransının prezidenti Kristof Xoysqen edəcək.

Avropa Birliyi gələn həftə Ermənistana 100 nəfərlik missiya göndərəcək. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən sonra Tvitter hesabında yazıb.

"AB Ermənistan üçün etibarlı tərəfdaşdır. Gələn həftə sülh və sabitliyi təşviq etmək üçün Ermənistana 100 nəfərdən ibarət missiya göndəriləcək. Biz demokratik islahatlar üzrə əldə edilən irəliləyişi alqışlayırıq və iqtisadi investisiya planımızın bir hissəsi olaraq potensialı inkişaf etdirməyə davam edəcəyik”, - o bildirib.
TVMusavat-ın bu gün saat 12.00-da “Həftə içi” proqramında aparıcı Emil Salamoğlu Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ilə gündəmi müzakirə edir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR