İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözlənilən gün gəldi! Yenə SENTYABR və...

2149 20.09.2023 12:46 Yazarlar A A

Dünyanın ən humanist Dəmir Yumruğu əzilməyi haqq etmiş başlara enmədən öncə xəbərdarlıq – həm də çox xəbərdarlıq etdi.

Bilirsiz, şanlı Ordumuz, müstəqil dövlətimiz bizim əcdadımızın hərb gələnəyini yüksək ləyaqətlə davam və inkişaf etdirir. Babalarımız ölkə çevrəsində hansısa təhlükə hiss edincə, öncə xəbərdarlıq edərdi, nəticəsi olmasa yenə xəbərdarlıq edərdi – bu dəfə “üstünüzə gəlirik” deyə. Üçüncü xəbərdarlıq isə artıq bəlli bir məsafə qət edildikdən sonra “Təslim olun! Canınızı bağışlayaq” olur.

Biz, 105 il öncə bizim ərazilərdə qondarılmış Ermənistana, dünya erməniliyinə, hətta onların havadarlarına neçə dəfə xəbərdarlıq etdik, nə qədər gözlədik, nələrə dözdük? Daha nə etməliyik, necə davranmalıyıq və də, nə üçün dözməliyik?!

Budur, biz eynən əcdadımız kimi yenə xəbərdarlıq etdik, dədə-babalarımız kimi davrandıq (davranırıq). İndi deyirik:

- Silahı yerə qoyun, ağ bayraq qaldırın;

- Silahları təhvil verin;

- Qondarma rejim özünü buraxdığını elan etsin!

Müharibələrdə qızıl ləyaqət göstərən əcdadımız kimi davranaraq, rəsmən bəyan etmişik:

- Antiterror tədbirləri keçirilən ərazidə olan mülki əhali hərbi obyektlərdən qıraqda durmağa çağırılır. Mülki erməniləri çağırırıq ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmasın;

- Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən in­zibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin qorunması təşkil olunur;

- Qadınlara, uşaqlara, qocalara, habelə fiziki məhdudiyyətli şəxs­lərə, xəstələrə gərəkli tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su ilə, ərzaqla təmin olunacaq;

- Əhalinin təhlükəli ərazidən çıxarılmasını təmin etməkçün Laçın yolu üzərində, digər istiqamətlərdə humanitar dəhliz, qəbul məntəqələri yaradılıb və s.

Bax, belə bir ləyaqətli münasibəti yalınız yüksək insanlığa, qədim dövlətçilik ədəb-ərkanına, mədəniyyətə malik dövlət, xalq edə bilərdi və edir! Uzağa getməyək, “ən qədim xalq”, “ən qədim mədəniyyət”, “yenilməz erməni ordusu” yarlıqlı düşmən bizim torpaqların işğalı zamanı mülki əhali ilə necə davranmışdı – unutmamışıq! Biz isə işğalçı deyilik, işğalçı tör-töküntülərini təmizləyirik! Ancaq burada da öz ləyaqətimizi əsirgəmirik! Erməni er­məniliyindən, biz də bizliyimizdən qalmırıq! Ancaq bu ən, ən son şansdır! Bundan beləsi yoxdur! Rəsmi olaraq duyurulanları, ictimai fikirdən gə­lənləri xəfifə almaq növbəti erməni ağılsızlığı olardı.

Bəli, terror varsa, antiterror da olmalıydı; yaxud antiterror əməliyyatı keçirilirsə, deməli, terror vardı, terrorçuluğa sövq edən mərkəz(lər) vardı. Qalib Azərbaycana buynuz çıxarmaq hansı heyvani hisslərin məhsulu sayılmalıdır? – bilmirəm; bildiyim o ki, beynəlxalq aləmdə vurnuxan Ermənistan, Azərbaycanla sülh danışıqlarında da öz ağlınca vurnuxub-vurnuxub bir şans qazanmaq istəyirdi. Əgər belə deyilsə, tamamilə sıradan çıxmağını önləmiş 10 noyabr 2020-ci il tarixli məlum Üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə nə üçün əməl etmir? Bəs ötən ilin sentyabrında çıxardığı hoqqa nəydi? Bu sentyabrda Ermənistanın Xankəndidəki qondarma rejimin “ildönümü”nə göndərdiyi “təbrik” nəmənəydi? Ermənistan qondarma rejimin yeni “prezident” seçməsinin qarşısını niyə almadı? Ən başlıcası, bizim ərazilərdəki qanunsuz hərbi birləşmələrini nə üçün çıxarıb aparmadı? Bu suallara cavab verilməlidir! Biz sual verməsini də, cavab almasını da bilirik. Ermənistanın cəhənnəmə aparmadığı qanunsuz hərbi birləşmələrlə necə davranmaq lazım olduğunu artıq sahədə göstəririk.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR