İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözəllik salonundan bahalı lazer aparatı oğurladılar - VİDEO

529 21.02.2024 12:00 Kriminal A A

Polis əməkdaşları paytaxtın Sabunçu Rayonunun Zabrat qəsəbəsində gözəllik salonundan bahalı lazer aparatı oğurlayan şəxsləri saxlayıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə paytaxt sakini olan bir nəfər şikayət edərək ona məxsus gözəllik salonundan 17000 manat dəyərində lazer aparatının oğurlanması barədə məlumat verib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rasim Əhmədov və Riyad Şükürov saxlanılıblar.

Onlar ifadələrində oğurladıqları lazer aparatını 900 manata satdıqlarını bildiriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR