İnsanlara hürriyət, millətlərə istiqlal!

Göygöldə kişi bıçaqlanıb, arvadı şübhəli bilinir

465 29.03.2023 11:27 Son xəbər A A

Göygöl rayonunda kişi bıçaqlanıb, arvadı şübhəli bilinir.

“Report”un xəbərinə görə, hadisə martın 28-i saat 20 radələrində rayon ərazisində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü D.Əliyeva əri, 1991-ci il təvəllüdlü Süleymanov Elçin Zakir oğlu ilə yaşadıqları evdə qısqanclıq zəminində mübahisə edib. Mübahisə zamanı qadın mətbəx bıçağı ilə E.Süleymanovun qarın nahiyəsinə bir zərbə vurub. Nəticədə kişi bədən xəsarəti alıb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR