İnsanlara hürriyət, millətlərə istiqlal!

Görünməmiş hadisə! Bu ölkə Almaniyanı 20 min fillə HƏDƏLƏDİ

1308 03.04.2024 16:58 Maraqlı A A

Təxminən 130 min filin olduğu Botsvanada inanılmaz hadisə baş verib.

Musavat.com xəbər verir ki, Botsvana prezidenti Mokqvitsi Masisi ölkədə fil sürülərinin əmlaka və əkinlərə ziyan vurması, insan ölümünə səbəb olması ilə əlaqədar hərəkətə keçib.

O, “Bild” qəzetinə açıqlamasında Almaniyanın Afrikadakı fil populyasiyasını qorumaq üçün ov materialları və avadanlıqlarının satışını qadağan etmək cəhdlərini sərt şəkildə tənqid edib.

Fil populyasiyasının idarə olunmasında ovun əhəmiyyətini vurğulayan Botsvana prezidenti Almaniyanı 20 min fil göndərməklə hədələyib:

"Berlində oturub Botsvanadakı məsələlərlə bağlı fikir bildirmək çox asandır".

Masisi Botsvananın sayı azaltmaq üçün Anqolaya 8 min fil verdiyini xatırladıb.

Məlumata görə, dünya fillərin təxminən üçdə birinin yaşadığı Botsvanada 2014-cü ildə fil ovu qadağan edilib. Bu qadağa 2019-cu ildə fil populyasiyasındakı artıma görə yerli əhalinin tələbinə uyğun olaraq götürülüb.

Almaniyanın Ətraf Mühit Nazirliyi Afrika ölkələrinə ov ləvazimatlarının ixracını məhdudlaşdırmaq təşəbbüsünü irəli sürüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR