İnsanlara hürriyət, millətlərə istiqlal!

Görənlər DONUB QALDI - Onillərdən sonra yenidən üzə çıxdı

862 04.06.2026 16:39 Dünya A A

Sosial şəbəkələrdə yayılan görüntülər minlərlə insanın diqqətini cəlb edib. Kadrlarda nadir rast gəlinən iki başlı Kaliforniya kral ilanı əks olunub.

Musavat.com xəbər verir ki, qara-ağ rəngləri ilə seçilən Kaliforniya kral ilanı onsuz da nadir növ hesab olunur. Lakin görüntülərdəki ilan iki başlı doğulduğu üçün daha da qeyri-adi canlı kimi qiymətləndirilir.

Mütəxəssislərin sözlərinə görə, bu ilan əslində iki başlı tək canlı deyil, yapışıq əkiz kimi dünyaya gəlib. Onun iki ayrı başı olsa da, bədəni birdir.

Məlumata görə, ilan ABŞ-ın Kaliforniya ştatının Berkli şəhərində yerləşən East Bay Vivarium sürünənlər mərkəzində saxlanılır. Yumurtadan çıxdığı ilk gündən diqqət mərkəzinə çevrilən canlı artıq 7 aydır ki, həyatını davam etdirir.

Mərkəzin sahibi Jonathan Emberton bildirib ki, uzun illər ərzində iki başlı ilanlar, gekkonlar və tısbağalar görsələr də, onların heç biri bu qədər uzun yaşamayıb.

Onun sözlərinə görə, ilanın başlarından biri daha dominant davranır və qidalanmanı əsasən o həyata keçirir. Digər baş isə qidaya maraq göstərsə də, qidalanma prosesində aktiv iştirak etmir. Bununla belə, hər iki başın hissiyyata və şüura malik olduğu qeyd edilir.

Mərkəzin əməkdaşları ilanın başlarına “Zeke” və “Angel” adlarını veriblər. Maraqlıdır ki, hansı başın hansı adı daşıması ilə bağlı hələ də zarafatla davam edən mübahisələr mövcuddur.

Mütəxəssislər bildirirlər ki, sürünənlər arasında yapışıq əkizlərin doğulması son dərəcə nadir hadisədir. Belə canlıların əksəriyyəti uzun müddət yaşaya bilmir. Bunun səbəbi orqanizmdə yaranan əlavə yük və həyati sistemlərin normal fəaliyyət göstərə bilməməsidir.

Lakin Zeke və Angel istisna hesab olunur. Məlumata görə, ilanın əsas həyati orqan sistemi ortaqdır və ikinci baş orqanizmin əsas funksiyalarına ciddi təsir göstərmir.

Ekspertlər hesab edirlər ki, ilanın bu qədər uzun müddət yaşamasında mütəxəssislərin daimi nəzarəti və xüsusi qulluq mühüm rol oynayıb. Təbiətdə yaşadığı halda isə yırtıcılar, qida çatışmazlığı və digər təhlükələr səbəbindən sağ qalma ehtimalı olduqca aşağı olardı.

Mərkəzin sahibi bu hadisəni belə qiymətləndirib: “Belə bir ilanın yumurtadan çıxması belə olduqca nadir hadisədir. Onun bu qədər yaşaması isə demək olar ki, möcüzədir.”

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR