İnsanlara hürriyət, millətlərə istiqlal!

Gevorq Papoyandan Qarabağ ermənilərinə: “Ermənistanı da bitirmək istəyirlər”  

1125 11.12.2023 15:35 Region A A

“Qarabağın getməsində Köçəryan və Sərkisyanın imzası var”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının deputatı  Gevorq Papoyan danışıb.

 Papoyan qondarma “DQR”in oyuncaq “parlamentinin” İrəvanda iclas  keçirməsini qəbuledilməz hesab etdiyini söyləyib.

 “Bu adamlar “Dağlıq Qarabağ”ın “ordusu”nu dağıtdılar, silahlarını Azərbaycana verdilər, “Dağlıq Qarabağ parlamenti”ni (qondarma-red) buraxıblar. İndi “parlamentin” sessiyasını keçirmək üçün Ermənistana gəliblər? Bu, Ermənistana qarşı bombadır, qəbuledilməzdir”,-deyə o bildirib.

 Papoyan Qarabağ ermənilərinə ağıllarını başlarına toplamağı tövsiyə edib.

 “Qarabağı bitirdilər, indi gəlib Ermənistanı da bitirmək istəyirlər? Artıq bəsdir!”,-deyə Papoyan vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR