İnsanlara hürriyət, millətlərə istiqlal!

GƏRGİNLİK ARTIR! ABŞ cavab planı hazırlayır

1645 05.01.2024 14:19 Dünya A A

ABŞ prezidenti Co Bayden administrasiyasının rəsmiləri Qəzzadakı müharibənin daha geniş, uzun sürən regional münaqişəyə çevriləcəyi təqdirdə cavab planları hazırlayır.

Musavat.com xəbər verir ki, bu barədə, "Politico" mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazır ki, ABŞ hərbçiləri Qırmızı dənizdə ticarət gəmilərinə hücum edən İranın dəstəklədiyi Husi üsyançılarına qarşı cavab tədbirləri hazırlayır.

Rəsmilərdən birinin sözlərinə görə, bu planlara Yəməndə husilərin hədəflərinin vurulması da daxildir.

Nəşrin həmsöhbətləri qeyd edirlər ki, kəşfiyyat rəsmiləri İraq və Suriyada İranın dəstəklədiyi qüvvələrin ABŞ-a mümkün hücumlarını qabaqcadan təxmin və dəf etmək yollarını axtarır.

Onlar həmçinin husilərin növbəti zərbəni hara endirəcəyini müəyyən etməyə çalışırlar.

“Politico” yazır ki, ABŞ-da hücumların yaxın günlərdə daha da güclənəcəyi qorxusu var.

Belə ki, son bir neçə gündə İraq, Livan və İranda baş verən silsilə qarşıdurmalardan sonra daha geniş münaqişə potensialı artır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR