İnsanlara hürriyət, millətlərə istiqlal!

GƏRGİN DEBAT: Tural Abbaslı ilə Çingiz Qənizadə ÜZ-ÜZƏ: həbslər, bahalaşma, il sonu gərginliyi

700 04.12.2023 11:32 Gündəm A A

Dekabrın 2-də Qəbələ rayonu Vəndam qəsəbəsində S.Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək ictimai yerdə təhlükəli vəziyyət yaradıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, o saxlanılan zaman onunla birlikdə olan onun yaxın qohumları və yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstərərək daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər.
Fakta görə cinayət işi qaldırılıb və iki nəfər həbs edilib.

Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılıb və o, daxili işlər orqanlarından xaric edilib.
Bu hadisə növbəti dəfə cəmiyyətdəki sosial problemləri də ön plana çıxarıb.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ağ Partiyanın sədri Tural Abbaslı ilə YAP-çı siyasətçi Çingiz Qənizadə müzakirə edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR