İnsanlara hürriyət, millətlərə istiqlal!

Georgiyeva BVF rəhbərliyinə yeganə namizəd oldu

581 04.04.2024 22:12 Dünya A A

Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru vəzifəsinə namizədlərin irəli sürülməsi prosesi bu gün yekunlaşıb.

Fond rəhbərliyinin yaydığı məlumata görə, BVF-nin hazırkı rəhbəri Kristalina Georgieva yeganə namizəddir.

Qeyd edək ki, 70 yaşlı K.Georgiyeva mart ayında BVF rəhbərliyinə yenidən namizəd olmağına etiraz etmədiyini açıqlayıb. Onun namizədliyini Fransanın maliyyə naziri irəli sürüb.

BVF-nin bütün tarixində təşkilata ən uzun müddət fransız Mişel Kamdess rəhbərlik edib. O, üç dəfə vəzifəyə yenidən seçilib - 1987-ci ildən 2000-ci ilə qədər. BVF-nin mövcud olduğu səkkiz onillik ərzində 12 idarəedici direktordan 5-i Fransada anadan olub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR