İnsanlara hürriyət, millətlərə istiqlal!

“Genosid” deyəndə adamı yandırır, amma kütləvi qətl olub axı – Serbiya və Vuçiç inkar edir

2357 20.05.2024 11:11 Dünya A A

BMT Baş Assambleyasının 1995-ci ilin iyununda baş vermiş Srebrenitsa soyqırımı ilə bağlı qəbul etməyə hazırlaşdığı qətnamə Serbiya hökumətini, xüsusulə də onun prezidenti Aleksandr Vuçiçi çox narahat edib.

Prezident Vuçiç budur neçə gündür açıqlamalar, müsahibələr verir, sitəm edir, çoxlu arqumentlər gətirir, paralellər aparır, bir sözlə, bataqlığa saplanmışlar kimi çabalayır.

Onun belə etməsi səbəbsiz deyil. Adam bir dövlətin genosiddə ittiham olunmasının məsuliyyətini anlayır, bilir ki, bu, təkcə kağız üzərində qalan sənəd olmayacaq, ardınca Serbiya maddi ziyana düşəcək, soyqırım qurbanlarına maddi təzminat ödəməli olacaq. Bu qətnamənin tarixi töhmət olduğu da öz yerində, əbədi lənət deməkdir.

Serbiyaya qarşı bu sənədin hazırlanmasının təşəbbüskarı əsasən ABŞ, Böyük Britaniya və Almaniyadır. Ona görə də Vuçiç bəzən açıq mətnlə nasist Almaniyasını II dünya müharibəsində serblərə və ruslara qarşı genosid siyasəti yeritməkdə suçlayır, bəzən də bir qədər üstüörtülü şəkildə okeanötəsi materiklərdə aborigen xalqların qırılıb-çatılmasından bəhs edir.

Bu sonuncuni isə Britaniya, Fransa, İspaniya kimi imperiyalar edib – bir yanı Avstraliya və Yeni Zelandiya, o biri yanı Amerika qitəsi, böyük arealda milyonlarla insan imperialistlərin qurbanına çevrilib.

Vuşiç BMT-nin qətnaməsinin Türkiyə üçün də problem yaradacağını bildirib. Bəlli olduğu ki, Türkiyənin də başı üzərində “soyqırımda ittiham” iddiası var və Türkiyə tərəfi iddiaçıları və onların havadarlarını susdurmaq üçün “arxivləri açaq, sənədlərlə işləyək” kimi təkliflə çıxış etsə də, nəyə görəsə bunu eşitməzliyə vururlar.

II dünya müharibəsində isə gerçəkdən də hitlerçilərin slavyan xalqlarına qarşı genosid niyyəti olub. Bu, Nürnberq prosesinin sənədlərində də var. Mühakimə olunan nasistlərə qarşı belə bir ittiham səslənib ki, onlar yəhudilərlə yanaşı 30 milyon slavyanı da məhv etmək, yerdə qalanları isə işçi qüvvəsi kimi saxlamaq fikrindəymişlər. Amma bu epizod üsrə yekun verdikt çıxarılmayıb.

O da bəllidir ki, müharibə zamanı Ukrayna, Belarus və Rusiyanın şəhər və kəndlərini işğal edən alman nasistlər yerli əhalini, iddia edildiyi kimi, amansızlıqla qırmayıblar, yaşayış məntəqələrində komendaturalar yaradıblar və yerli adamları polisay işinə cəlb ediblər. Yalnız partizanları himayə edən kəndlərdə qırğınlar törədilib. Bunların sayı isə heç də az deyil.

Srebrenitsada isə gonisd aktına tən gələ biləcək kütləvi qətliam olub. Danmaq mümkün deyil. Qəddarlıq, amansızlıq, vəhşilik Avropanın qanını donduracaq həddən də artıq olub. Serb hərbçilər özlərini tam asudə hesab edib, heç bir beynəlxalq cəzadan çəkinməyiblər. Həmin vaxt onlar xristian humanizmini də unudublar.

Həmin vaxt serb ordusu Srebrenitsada ən azı 8300 bosniyalı müsəlmanı (boşnak) qətlə yetiriblər. Hərbçilər əliyalın kişilər əsir alıblar, dəstə-dəstə maşınlara doldurub aparıb, qazdırdıqları xəndəklərin kənarına düzərək güllələyib, sonra ekskavatorla üstlərini torpaqlayıblar. Güllələnənlərin arasında qadınlar və uşaqlar da olub. Bundan başqa, azğın əsgərlər sağ buraxdıqları boşnak qadınları kütləvi şəkildə zorlayıblar. Bütün bun vəhşiliklər başda general Ratko Mladiç olmaqla digər serb zabitlərin gözü qarşısında, onların əmri, iradəsi, icazəsi ilə törədilib.

Srebrenitsa soyqırımı II dünya müharibəsindən sonra Avropada baş verən və hüquqi cəhətdən ilk dəfə sənədləşdirilmiş soyqırım aktıdır. Yəni nə Vuçiç, nə də başqa bir serb siyasi xadimi bu soyqırımın gerçəkliyini inkar edə bilməz. Zatən, sonrada yaxalanaraq Haaqa məhkəməsinin müttəhimlər qəfəsinə salınan Serbiya diktatoru Slabodan Miloşeviçin, generallar Radovan Karaciç və Ratko Mladiçin məhkəməsində də bu ağır cinayətə dair yüzlərlə sənəd və detal araşdırılıb və yekun qətnamə çıxarılıb.

Fəqət vəhşiləşmiş serb hərbçilərinə günahsız xalqı qırmaq üçün şərait yaradan holland sülhməramlılarını məsuliyyətdən kənarda qalıblar. Srebrenitsa xalqını serb aqressiyasından məhz onlar qorumalı idilər, amma iyulun 10-da serb generallarla danışığa gediblər, onlardan bahalı hədiyyələr alaraq kənara çəkiliblər, minlərlə məsum və silahsız insanı serblərin vəhşi instinktləri ilə baş-başa buraxıblar.

Bu soyqırımın törədilməsində qüdrətli Avropa dövlətlərinin də məsuliyyət payı var. Onlar bu hadisədən 3 il əvvəl Xocalıda baş vermiş və 613 nəfərin ölümünə 1000-ə yaxın adamın yaralanmasına və bir neçə min insanın əsir götürülməsi ilə nəticələnmiş genosid aktına vaxtında lazımi hüquqi qiymət versəydilər, erməni generallar və onlara bu şəraiti yaratmış (hollandlar kimi) rus zabitləri Haaqada mühakimə etsəydilər, serblər üçün presedent olardı və onlar anlayardılar ki, dinc əhalini kütləvi şəkildə məhv etməyin cəzası var.

Ancaq böyük ehtimalla 1995-ci ilin iyulunda Mladiç və onun tabeçiliyində olan zabitlər düşünüblər ki, Qarabağda müsəlmanları qıran ermənilərə nə etdilər ki, Srebrenitsada da müsəlmanları məhv edən bizə nə etsinlər. “Öldürənlər xristian, ölənlər müsəlman, silah bizdə, məhkəmə bizdə, kim-kimədir” – düşüncə aşağı-yuxarı belə olub.

Azərbaycan Xocalı qətliamını törədənlərin bir çoxundan qisasını özü aldı, ancaq serblər müsəlman boşnaklara qarşı törətdikləri qətliamların bədəlini Avropa dövlətlərin iradəsi ilə yavaş-yavaş ödəyirlər.

P.S. “Bizim Cəbiş müəlllim” filmində bir epizod var: Makedon Namiqə deyir ki, düzdür, dezertir deyəndə adamı yandırır, amma sənin atan dezertirdir dəə...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR