İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənclər niyə plastik əməliyyat qurbanına çevrilir - təhlükə

1099 29.12.2022 14:38 Media A A

Estetik əməliyyata girməzdən əvvəl psixoloqla məsləhətləşmək lazımdır

Son illər gənclər arasında plastik əməliyyata üz tutanların sayı artmaqdadır. Xüsusən də gənc qızlar artıq ifrat dərəcədə bir-birinə bənzəməyə başlayıblar. Buna səbəb plastik əməliyyatların sayının gənclər arasında artmasıdır. Gənclər ən çox burun əməliyyatlarına üz tuturlar.

Mütəxəssislər burun əməliyyatının 18 yaşdan sonra aparılmasını məsləhət görürlər. Həkimlər xüsusən də yetkinlik yaşına çatmayanların burunun estetik əməliyyatına müraciət etməsinin təhlükəli olduğunu bildirirlər. Erkən yaşdan burunun estetik əməliyyatının ciddi fəsad vermə təhlükəsi daha çoxdur. Buna səbəb isə yeniyetməlik dövründə digər orqanlar kimi burunun da formalaşmamasıdır. Yalnız 18-19 yaşdan sonra bu proses yekunlaşır. 18 yaşdan əvvəl burun əməliyyatı edilərsə, gələcəkdə mütləq tənəffüsdə problemlər ortaya çıxarır.

Məlum olub ki, dünyada ən çox müraciət edilən plastik əməliyyat “ritidektomiya”, sifət və boyun dərisinin dartılması əməliyyatıdır. Bu əməliyyat növü ötən əsrin əvvəllərində Avropada yaranıb, lakin uzun müddət gizlin saxlanılıb.

“Liposaksiya”, bel, yan, qarın, əl, boyun və digər hissələrdəki artıq piylər üçün nəzərdə tutulan əməliyyat növü də dünyada geniş yayılmağa başlayıb. Bu əməliyyat isə ilk dəfə 20 il əvvəl Fransada yaranıb.

Azərbaycanda plastik əməliyyatların qiymətləri - Bizdə ucuzdur, yoxsa  qonşularda?

“Rinoplastik” burun əməliyyatları isə artıq adiləşməyə başlayıb. Bu əməliyyat zamanı burun kiçildilib, böyüdülür, yenidən formalaşdırılır, kiçik donqar götürülür, burun ucu incəldilir və s. Burun plastikasının Hindistan növü artıq 5 min ildir ki, mövcuddur.

Araşdırmalar zamanı məlum olub ki, ölkəmizdə ən çox müraciət edilən plastik əməliyyat “rinoplastik” əməliyyatdır. Sonrakı sırada üz cizgilərinin dəyişdirilməsi, o cümlədən qırışların açılması, üzün və göz qapaqlarının dartılmasıdır.

Digər sırada isə silikondan istifadə ilə süd vəzilərinin böyüdülməsi, ayaqların kökəldilməsi, sağrı nahiyəsinin böyüdülməsidir. Bu əməliyyat plastik əməliyyatlar içərisində ən bahalı olanıdır.

Gənclər kökəlir, dərialtı piylərdən qurtulmaq üçün əməliyyata girir

Son vaxtlarda isə dərialtı piylərin xaric edilməsi əməliyyatları dəb halını almağa başlayıb. Botoks əməliyyatına gəldikdə isə təəssüflə qeyd etmək lazımdır ki, bu əməliyyat dünyada 45-50 yaşlı insanlar arasında aparılsa da, ölkəmizdə daha çox gənclər bu əməliyyata müraciət edir. Ən təhlükəsi isə bu əməliyyatın daha çox gözəllik salonlarında, qeyri-peşəkarlar tərəfindən aparılmasıdır. Bunun üçün də tez-tez botoks əməliyyatından həyatı təhlükəyə düşən insanlar haqqında məlumatlara rast gəlirik.

Buna misal olaraq iki il öncə botoks əməliyyatından sonra az qala bütün orqanlarını itirmək təhlükəsi ilə üz-üzə qalan Afət Baxışova adlı paytaxt sakininin olayını xatırlatmaq olar. Belə ki, qadın gözəllik naminə ayağına gel vurdurub. Lakin çox keçmədən ayağında şiş yaranmağa başlayıb və qadın ağrıdan gəzə bilmir. Həkimlər qadının ayağında yad cismin olduğunu və onu çıxarmağın mümkün olmadığını bildiriblər. Onu da qeyd ediblər ki, yaranan şiş getdikcə böyüməyə başlasa, ayağı amputasiya olunacaq.

Xanımlar ölümə aparan plastik əməliyyatdan niyə qaçmır? | Gənc Ailə

Son illərdə ölkəmizdə gənc qızlar deyil, gənc oğlanların da plastik əməliyyatlara müraciəti artıb. Həkimlər qeyd edir ki, qızlar qədər gənc oğlanlar da daha çox burun əməliyyatları üçün müraciət edir. Sonrakı sırada isə göz qapaqlarının və qırışların dartılması, dərialtı piylərin götürülməsidir. Amma ümumilikdə gənc oğlanlar plastik əməliyyat etməkdən daha çox çəkinir, nəinki gənc qızlar. Yuxarıda da qeyd etdiyimiz kimi, ölkəmizdə gənc qızlar ölüm riskini bilə-bilə bu cür əməliyyatlardan çəkinmirlər.

İlk plastik əməliyyat üçün optimal yaş açıqlandı » ailehekimiklinikasi.az

Psixoloqlar hesab edir ki, plastik əməliyyatlara maraq təkcə ölkəmizdə deyil, bütün dünyada var. Buna səbəb insanların adətən özlərini bəyənməməsidir. İnsanlar daim çalışır ki, plastik əməliyyatla öz formasını daha da yaxşı etsin. Bu da psixoloji amillərə ziddir və çıxış yolu kimi yalnız plastik əməliyyat düşünülür. Halbuki reallıqda biz bilirik ki, heç də əməliyyatların hamısı uğurlu olmur və insan daha da pis görünür. O saat hiss olunur ki, insan əməliyyat keçirib - standart burun, sifət və s. Bəzən ulduzlara baxanda bir-birindən ayırmaq olmur. Plastik əməliyyat təbii ki, cərrahi əməliyyatdır və istər-istəməz burada lazımi tələblər daha ciddi olmalıdır. Vaxtilə sovet dövründə plastik əməliyyatlar çox az idi və ancaq Moskvada, mərkəzi klinikalarda aparılırdı. Orada nəinki hərtərəfli müayinələr, həm də mütləq şəkildə psixoloqun icazəsi lazım idi. Hazırda plastik əməliyyatlar aparan çoxlu sayda klinikalar var. Çox zaman müayinələr düzgün aparılmır və sonda faciəli nəticə yaranır. Olur ki, müayinə düzgün aparılmır, insan narkozdan ayılmır və yaxud əməliyyat uğurlu aparılmır, xəstə narazı qalır. Tez-tez rastlaşırıq ki, bəzi plastik əməliyyatları hətta gözəllik salonlarında aparırlar. Çox zaman bu mənfi təsir göstərir. Bunun üçün də bu məsələyə ciddi nəzarət olunmalı, klinikalarda çalışan həkimlərin peşəkarlığı yoxlanılmalıdır.

Mütəxəssislər deyir ki, estetik əməliyyata girməzdən əvvəl mütləq psixoloqla məsləhətləşmək lazımdır. Burun formasını dəyişdirmək istəyən şəxsi psixoloq bu istəyindən daşındıra bilər. Bəzən burun çəpəri əyriliyi yaranır, bu zaman tənəffüs almaq çətinləşir və yaxud doğuşdan sonra bəzi qadınların qarın nahiyələrində estetik deformasiya olur ki, bu zaman korreksiyaya ehtiyac olur, bəzən bunlar psixoloji gərginlik gətirir və sairə. Xarici ölkələrdə bu məsələni psixoloq həll edir. Amma təəssüf ki, Azərbaycanda pasiyent birbaşa estetik cərrahla təmasda olur, əməliyyata girir və bəzən bu, xoşagəlməz halla, ölümlə nəticələnir. Bu məsələ xarici ölkələrdə olduğu kimi tənzimlənmədiyindən hələ də bu sahədə problem yaşayırıq.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusunda hazırlanıb. 

Hazırladı: Sevinc TELMANQIZI 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR