İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə qonşular arasında kütləvi dava: Bir nəfər öldü, “VAZ 2107” sürücüsü saxlanıldı - YENİLƏNİB

558 15.07.2022 10:45 Hadisə A A

Gəncədə qonşular arasında kütləvi dava bir nəfərin ölümünə səbəb olub.

Musavat.com xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Davaya müdaxilə etmək istəyən bir nəfər qonşuları ayırmaq istəyən Alim Məmmədovu və yol kənarında dayanmış 1957-ci il təvəllüdlü Səlminaz Bağırovanı avtomobillə vurub. Aldığı xəsarətlərdən xəstəxanaya aparılan 1952-ci il təvəllüdlü Alim Məmmədov dünyasını dəyişib.

“VAZ 2107” markalı avtomobilin sürücüsü 1995-ci təvəllüdlü Orxan Nağıyev saxlanılıb.

****

Gəncədə qonşular arasında kütləvi dava bir nəfərin ölümünə səbəb olub.

Musavat.com APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, iki qonşu arasında dava düşüb.

Davaya müdaxilə etmək istəyən bir nəfər qonşuları ayırmaq istəyən Alim Məmmədovu avtomobillə vurub.

Aldığı xəsarətlərdən xəstəxanaya aparılan 1952-ci il təvəllüdlü Alim Məmmədov dünyasını dəyişib.

Xəsarət alanlardan başqa bir qadın isə xəstəxanaya aparılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR