İnsanlara hürriyət, millətlərə istiqlal!

GƏMİ BATDI - 9 ekipaj üzvü İTKİN DÜŞDÜ

813 25.07.2024 09:57 Dünya A A

"Qaemi" qasırğasının yaratdığı tufana düşən yük gəmisi Tayvan sahillərində batıb.

Musavat.com xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. 

Qeyd olunub ki, hadisə nəticəsində 9 ekipaj üzvü itkin düşüb.

Tanzaniya bayrağı altında üzən gəminin göyərtəsindəki ekipaj Myanmadan olub.

Məlumata görə, "Qaemi" qasırğası dünən gecə Tayvanı vurub. 3 nəfər təbii fəlakətin qurbanı olub, 200-dən çox insan xəsarət alıb. Cümə axşamı günü baş verən təbii fəlakət səbəbindən Tayvanda qatarların hərəkəti dayandırılıb və əksər reyslər ləğv edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR