İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gəlirlər proqnozla müqayisədə 3,8 faiz cox icra olunub” - komitə rəhbəri

450 31.05.2022 12:35 İqtisadiyyat A A

“Gəlirlər proqnozla müqayisədə 969,3 milyon manat və ya 3,8 faiz cox icra olunub”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bu fikirləri söylədi. Deputat qeyd etdi ki, 2021-ci ildə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə 685.8 mln dollar azalaraq ilin sonunda 8.135 milyon dollar olmaqla ÜDM-nin 14.9%ni təşkil edib: “Bu göstərici 2020-ci ildə 20.7% idi. Müqayisə üçün deyim ki, 2021-ci ildə dünyada inkişaf etmiş ölkələrin məcmu dövlət borcunun ÜDM-ə nisbəti üzrə orta göstərici 120% ətrafında qeydə alınıb”.

T.Mirkişili bildirdi ki, hesabat ilində sürətli bərpa və artım dinamikası formalaşsa da, dünya iqtisadiyyatında cərəyan edən inflyasiya problemi Azərbaycandan da yan keçməyib, ölkədə orta illik inflyasiya 6.7%-ə yüksəlib: “Bu göstərici proqnoz göstəricidən 3.7% bəndi çox olub. Bütövlükdə ölkədə inflyasiya əsasən dünya əmtəə bazarlarında ərzaq məhsulları üzrə yüksək qiymət artımları, ərzaq qıtlığı, ticarət tərəfdaşları olan ölkələrdən yüksək inflyasiya idxalı, qlobal təchizat və logistika zəncirlərində mövcud olan qırılma və gecikmələr, daşınma xərclərinin artması, bununla yanaşı, 2021-ci ildə qiymətləri dövlət tərəfindən tənzimlənən bir sıra mal və xidmətlərin tariflərində olan dəyişikliklər və ümumi tələbin sürətlə artması və təklifin bu sürətlə ayaqlaşa bilməməsi səbəblərindən qaynaqlanmışdır. Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərini gücləndirilməsi istiqamətində görülən işlər daha yüksək inflyasiya göstəricilərindən yayınmağa imkan verib”.

Komitə sədrinin sözlərinə görə, ümumilikdə 2021-ci il ərzində həm daxili, həm də beynəlxalq konyuktur ölkə üçün əlverilişli olub: “Beləliklə, dövlət büdcəsinin əsas parametrlərinə keçsək, 2021-ci ildə dövlət büdcəsinin gəlirləri 25 427,0 milyon manat proqnoza qarşı 26 396,3 milyon manat təşkil etmişdir. Gəlirlər proqnozla müqayisədə 969,3 milyon manat və ya 3,8 faiz cox icra olunmuşdur. Dövlət büdcəsi gərlilərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmalar 12 860.0 milyon manat təşkil etmişdir ki, bu da proqnozdan 1 209.0 milyon və ya 10.4% çox olmuşdur. Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin artması onun dövlət büdcəsinin ümumi gəlirlərində xüsusi çəkisini nəzərdə tutulumuş 45.8%-dən 48.8%-dək artırmışdır. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmaların 49.3%-i vergi orqanları, 33.8%-i gömrük orqanları, 16.9% ilə digər mənbələr vasitəsilə formalaşmışdır. Qeyri-neft sektoru üzrə artıq daxilolmalar ölkədə əldə olunan fiskal nəticələrdə iqtisadi artımla yanaşı, kölgə iqtisadiyyatının azaldılması, biznes fəaliyyətinin və gəlilərin leqallaşdırılması konteksində atılan addımlar və inflyasiyanın təsiri hesabına olmuşdur. Eyni zamanda qeyd etmək lazımdır ki, 2021-ci ildə qeyri-neft sektoru üzrə dövriyyə 27.4%, ƏDV tutulan dövriyyə isə 27.8% artmışdır. Hesabat ilində dövlət büdcəsinin neft sektoru üzə daxilolmaları 13 536.2 milyon manat olmuşdur ki, bu da proqnozdan 240 mln manat azdır. Neft sektoru üzə vergilərin proqnozdan artıq 610 mln manat daxil olması və qeyri neft sektoru hesabına gəlirlərin artması Dövlət Neft Fondunan dövlət büdcəsinə transfertin məbləğinin 850 mln manat azadılaraq 11 350.0 mln manat təşkil etməsinə səbəb olmuşdur. Bu da dövlət başçısı tərəfindən Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması siyasətinə uyğun olmuşdur”.

T.Mirkişili ötən ilin xərclərindən də danışdı: “2021-ci il dövlət büdcəsində təsdiq olunmuş 28543.0 milyon xərcin 27 422.4 milyon manatı, yəni 96.1%-i icra olunmuşdur. Strukturuna görə xərclərin 60.5%-ni cari xərclər, 31.5%-ni əsaslı xərclər, 8%-ni isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil etmişdir. Dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsinə, əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin əsasən tam maliyyələşməsinə nail olunmuşdur.

Sosialyönlü xərclərin 2021-ci il dövlət büdcəsininicrasında xərclərin 37,5 faizi və ya 10 296,7 milyon manat həcmində olmuşdur. Ümumiyyətlə, Son 5 ildə sosialyönlü xərclər natural ifadədə 3.6 mlrd manat və ya 1,5 dəfə artmışdır. 2021-ci ildə dövlət büdcəsindən səhiyyə xərclərinə ayrılmış 1 409.0 milyon manat vəsaitin 1378.5 milyon manatı və ya 97.8%-i icra olunmuşdur. İcbari Tibbi Sığortanın fəaliyyətini təmin etmək məqsədilə dövlət büdcəsindən 1044.7 mln manat vəsaitin icrası təmin edilmişdir. Ölkədə koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri üçün dövlət büdcəsində 261 milyon manat vəsait nəzərdə tutulsa da, zərurətdən dolayı faktiki olaraq ümumi 806.8 milyon manat vəsait xərclənmişdir. Dövlət büdcəsindən təhsil üçün ayrılmış xərclərin 96.7%-nin, Müdafiə və Milli Təhlükəsizlik üçün ayrılmış xərclərin 99.2%-nin, Meliorasiya tədbirləri üçün ayrılmış xərclərin 98.7%-nin, Ərzaq Təhlükəsizliyi üçün ayrılmış xərclərin 97.3%-nin, Elm üçün ayrılmış xərclərin isə 84.6%-nin icrası təmin edilmişdir”.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR