İnsanlara hürriyət, millətlərə istiqlal!

Gədəbəydə külək evin dam örtüyünü dağıdıb, xəsarət alan var

552 24.12.2023 23:58 Hadisə A A

Gədəbəy rayon ərazisində əsən güclü külək bir sıra fəsad törədib, xəsarət alan var.

Musavat.com Report-a istinadən xəbər verir ki, güclü külək səbəbindən Gədəbəy rayon Kiçik Qaramurad kəndində vətandaşa məxsus fərdi evin dam örtüyü dağılıb.

Hadisə zamanı yaxınlıqda olan, 1956-cı il təvəllüdlü D.Novruzova başından xəsarət alıb. Onun vəziyyəti normal qiymətləndirilir.

Küləkli hava şəraiti səbəbindən rayonun bəzi ərazilərində də fəsadlar qeydə alınıb. Dam örtüklərinə, təsərrüfata zərər dəyib.

Xatırladaq ki, dünəndən başlayaraq ölkənin digər bölgələrində olduğu kimi, Qərb bölgəsində də küləkli hava şəraiti müşahidə olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR