İnsanlara hürriyət, millətlərə istiqlal!

Gecə klubları Ramazan ayında bağlanmalıdırmı? - VİDEOSORĞU

1145 05.04.2022 18:35 Gündəm A A

Bakının mərkəzində gecə klubunda baş verən, 1 nəfərin ölümü, 30-dan çox insanın yaralanması ilə nəticələnən partlayış təkcə bədbəxt hadisə kimi müzakirə olunmadı. Hadisənin mübarək Ramazan ayının ilk günündə baş verməsini nəzərdə tutaraq sosial şəbəkələrdə bəzi insanlar, ölən və yaralananların haram iş gördükləri üçün cəzalarına çatdıqlarını yazmağa başladılar. Bu da gündəmin əsas mövzusuna çevrilərək etirazlara səbəb oldu və inanclı insanlar da "faciəyə sevinən" adı altında hədəfə alındı.

Hazırda cəmiyyət iki yerə bölünüb. Bir qism hesab edir ki, Azərbaycanda da digər müsəlman ölkələrində olduğu kimi Ramazan ayında bu cür haram hesab olunan içki, musiqi, əyləncə və sairin olduğu yerlər bağlı qalmalıdır.

Digər bir kəsim isə Azərbaycanın dünyəvi dövlət olduğunu, inanclılar ibadəti ilə məşğul olarkən, digərlərinin də sərbəst əylənmək haqqının olduğunu qeyd edir.

Bəs görəsən, paytaxt sakinləri bu mövzuda nə düşünür. Musavat.com olaraq qarşımıza çıxan təsadüfi şəxslərdən bu iki fikirdən hansının tərəfdarı olduqlarını soruşduq.

Alim Liftiyev
Rafet Şahbazov
Musavat.com


 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR