İnsanlara hürriyət, millətlərə istiqlal!

Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi açılacaq

553 10.03.2024 12:57 Ölkə A A

Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi açıqlacaq.

Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərindən öncə “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

"2022-ci ilin avqust ayında Bakıya səfərimdə Qazaxıstan xalqının Azərbaycana hədiyyəsi olaraq Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikiləcəyini elan etdim. Mənim budəfəki səfər proqramımda həmin Mərkəzin rəsmi açılışı nəzərdə tutulur. Şübhəsiz ki, bu müəssisə ölkələrimiz və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcək", - Tokayev qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR